Accessibility links

Ukrayna raket məlumatlarını Qərblə bölüşməyə razıdır


Ukrayna raket xəbərdarlıq sistemi məlumatlarını Qərb ölkələri ilə bölüşməyə hazır olduğunu bildirib. Bugünkü açıqlama Rusiya və Qərb arasında Gürcüstan münaqişəsi ərtafında gərginliklər yaşandığı vaxta təsadüf edir. Bu bəyanat habelə rəsmi Varşava ilə və ABŞ arasında Polşada raketdən müdafiə sistemi quraşdırılması barədə saziş imzalamasından bir neçə gün sonra səsləndirilib. Ukrayna xarici işlər naziri deyir ki, ikitərəfli Rusiya-Ukrayna müdafiə razılığının sona çatması qərb ölkələri ilə yeni sazişin imzalanmasına şərait yaradır.

XS
SM
MD
LG