ABŞ üzgüçüsü Maykl
Felps tarix yazaraq bir olimpiyada ərzində üzgüçülük üzrə qazanılması mümkün
olan 8 qızıl medaldan hamısını əldə etməyə nail olub. Bu, indiyədək Olimpiyada
tarixində baş verməmişdi. Felps və onun komanda yoldaşları 4 nəfərlə 100 metr
məsafəyə qarışıq növ üzrə yarışda dünya rekordunu təzələyərək olimpiya çempionu
olublar. Başqa bir üzgüçülük yarışında isə Avstraliyanın qadınlardan ibarət
komandası qarışıq növ üzrə 100 metrlik məsəfədə dünya rekordu vurub. Azərbaycan
idmançılarına gəldikdə isə 4 qat dünya çempionu Nizami Paşayev medal qazana
bilməyib. Ağırlıq qaldırma üzrə 94 kiloqramda mübarizə aparan paşayev yalnız 5
yerlə kifayətlənə bilib. 63 kiloqramda döşək üzərinə çıxan qadın güləşçi Yelena
Komarova isə elə ilk oyunundaca Yaponiyalı idmançıya məğlub olub. Qeyd edək ki,
yapon güləşçi Olimpiyadanın qızıl medalını qazanıb.