Accessibility links

Əlcəzair polisinə bomba hücumu həyata keçirilib


Əlcəzairin Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, İssers şəhərində bomba yerləşdilimiş maşını sürən intiharçı polisin təlim akademiyasına hücum etmiş və onlarla insanın ölümünə səbəb olmuşdur. Nazirliyin bəyanatında deyilir ki, 43 nəfərin ölümü, 30-nun yaralanmasına səbəb olan intiharçı hücumu Əlcəzairin paytaxtından 60 km məsafədə həyata keçirilmişdir. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Bu, Əlcəzairdə polis məntəqəsinə son zamanlar həyata keçirilən ən ciddi hücumdur. Xatırladaq ki, bu ayın əvvəlində polisə edilən hücum nəticəsində 8 nəfər ölmüş, 20 nəfərdən çoxu yaralanmışdı.

XS
SM
MD
LG