Accessibility links

Azərbaycan Pekində daha bir bürünc medal qazandı


Pekin Olimpiya Oyunları artıq sona yaxınlaşır. Bu gün ABŞ-ın çimərlik voleybolçuları Fil Dolhauzer və Todd Rocers kişilər arasında qızıl medallara sahib olublar. Cütlük Braziliyanın Fabio və Marsiodan ibarət komandasına 23-21, 17-21, 15-4 hesabı ilə qalib gəlib. Misti Mey – Trinor və Kerri Valşdan ibarət cütlük isə qadınlar arasında müsabiqədə qələbə çalıblar. Bu gün boks üzrə kişilər arasında yarım-finalda mübarizə aparan Şahin İmranov fransalı idmançı Celkir Xədafiyə məğlub olsa da, bürünc medal qazanıb. Digər idmançımız Rəşad Əhmədov isə medala yaxın olsa da, Amerikalı taekvandoçu onun qarşısını alıb. İlk görüşündə qətərli idmançıya qalib gələn Rəşad ikinci görüşdə İran taekvandoçusuna məğlub olub. Ancaq iranlı idmançının Olimpiya çempionu olması ona bürünc medal qazanmağa şans yaradıb. Buna baxmayaraq azərbaycanlı idmançı təsəlliverici son görüşdə ABŞ taekvandoçusu Lopez Stevene məğlub olaraq medal qazana bilməyib.

XS
SM
MD
LG