Accessibility links

Pekin Olimpiyadasında bu gün  32 medal dəsti verilib


Pekin Olimpiya Oyunlarında bu gün 32 medal dəsti verilib. Gün ərzində keçirilən bütün görüşlər final olduğundan idmançılar yalnız medal almaq uğrunda mübarizə aparıblar. Futbol üzrə kişilər arasında yarışda Argentina komandası Nigeriyanı 1-0 hesabı ilə məğlub edərək olimpiya çempionu olub. Görüşün yeganə qolunu 58-ci dəqiqədə Angel De Maria vurub. Qadınlar arasında dağ velosipedi yarışında alman Sabina Spitz qızıl medalın sahibi olub. Eyni növ üzrə kişilər arasında keçirilən müsabiqədə isə fransız Culien Absalon fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Fərdi bədii gimnastika yarışlarının final mərhələsində mübarizə aparan azərbaycanlı idmançı Aliyə Qarayevə ümumi hesabda 6-cı yerlə kifayətlənib. Bu idman növündə Rusiya gimnastı Yevgeniya Kanayeva qızıl medala yiyələnib. Sabah - Olimpiyadanın son günü Bədii gimnastika üzrə komanda oyunlarının final mərhələsi keçiriləcək. Burada Azərbaycan komandası da iştirak edəcək.
XS
SM
MD
LG