Accessibility links

Ukrayna təcili NATO üzvü olmaq istəyir


Ukrayna liderinin sözlərinə görə, ölkə NATO-nun bir hissəsi olmasa onun suvernliyi təhlükə altına düşə bilər. Prezident Viktor Yuşenko mərkəzi Londonda yerləşən “The Times” qəzetinin bugünkü buraxılışda bildirib ki, Rusiyanın Gürcüstana müdaxiləsi Avropada sülh və stabilliyi təhlükə altna atır. Onun sözlərinə görə, NATO-nun şərqə doğru genişlənməsi regional stabilliyin yeganə yoludur və bunun üçün də NATO üzvlüyü ölkə üçün çox mühümdür. Cənab Yuşşenko Ukraynanın Rusiyanın hücumlarına qətiyyətlə cavab verə bilməyəciyini bildirərək orduya daha çox maliyyə yardımı ayrılmasına çağırıb. Rusiya prezidenti Dimitri Medvedyev Ukrayna və Gürcüstana xəbərdarlıq edərək, bu ölkələrin NATO üzvlüyü almaq cəhdlərinin əleyninə çıxış edib.

XS
SM
MD
LG