Accessibility links

Diyala vilayətində həyata keçirilən intiharçı hücumu onlarla insanın ölümünə səbəb olub


Iraq polisi Diyala vilayətinin Calula şəhərində intiharçının həyata keçirdiyi hücum nəticəsində azı 28 nəfərin həlak olduğunu və 40 nəfərin yaralandığını bildirib. Polisin dediyinə görə, intiharçı kəmərində gizlətdiyi bombanı polis çağırış məntəqəsinin yaxınlığında partladıb. Həlak olanların çoxu polisdə xidmət etmək üçün çağırış məntəqəsinə gələnlərdir. Tikrit şəhərində isə bomba partlayışı bir polis daxil olmaqla 4 nəfərin həlak olmasına səbəb olub. Polis bildirir ki, bomba partlayışı hökumət idarəsinin yaxınlığında baş verib.

XS
SM
MD
LG