Accessibility links

Q.Brauna sui-qəsdə cəhd edən 5-ci şübhəli ələ keçirilib


Böyük Britaniyada polis baş nazir Qordon Brauna sui-qəsdə cəhdlə bağlılığı olan 5-ci nəfəri həbs edib. Polisin bildirdiyinə görə, 29 yaşlı şübhəli dünən İngiltərənin mərkəzi hissəsində yerləşən Derbi şəhərində ələ keçirilib. Digər 4 nəfər isə artıq həbsxanadadırlar. Onlardan 3-ü ayın əvvəlində ölkəni tərk etməyə çalışarkən Mançester hava limanında saxlanmışdılar. Polis 4-cü şübhəlini dünən Bləkbörn şəhərində ələ keçirib. Onlar yanvar ayında veb səhifədə baş nazir Qordon Braun və onun sələfi Toni Bleyeri hədəf almaqda şübhəli bilinirlər. Özünü Britaniyadakı Əl-Qaidə kimi təqdim edən qrupun idarə etdiyi sayt habelə Böyük Britaniya qoşunlarının İraq və Əfqanıstandan çıxarılmasını tələb edib.

XS
SM
MD
LG