Accessibility links

Hillari Klinton Demokrat Partiyasını Barak Obamanı prezident seçməyə çağırıb


Bu gün sabiq ABŞ prezidenti Bill Klintonun Demokratların Milli Qurultayında çıxışı gözlənilir. Dünən isə onun həyat yoldaşı Hillari Klinton Demokrat Partiyasını Barak Obamanın arxasında birləşərək onu prezident seçməyə çağırıb. Xanım Klinton dünən gecə Denverdə Demokratların Milli Qurultayında çıxış edib. Senator Klintonla Obama ilkin seçkilərdə bir-birinə qarşı kəskin mübarizə aparmışdılar. Klinton deyib ki, Obama növbəti prezident olmalıdır. Onun sözlərinə görə Con Makkeyn Corc Buş administrasiyasının siyasətini davam etdirəcək. Bu gün eləcə də Demokrat vitse prezidentliyə namizəd Co Baydenin rəsmən nominasiya alacağı gözlənilir. Delavar senatoru Bayden cənab Klintondan sonra nitq söyləyəcək.

XS
SM
MD
LG