Accessibility links

Zimbabve prezidenti yeni hökumət təşkil edəcəyini deyib


Zimbabve prezidenti Robert Muqabe deyib ki, yaxın bir zamanda o, müxalifətdəki Demokratik Dəyişikliklər Uğrunda Hərəkatın olmadığı yeni bir hökumət təşkil edəcək. Hökumətin “The Herald” qəzetinin yazdığına görə cənab Muqabe bu gün bəyan edib ki, Demokratik Dəyişikliklər Uğrunda Hərəkat onun kabineti ilə işləmək istəmir. Hərəkatın üzvü və parlament spikeri Lavmor Moyo isə danışıqların hələ də qüvvədə olduğunu bildirib. Qeyd edək ki, Zimbabve prezidenti Muqabe dünən parlamentin yeni sessiyasının açılışını elan edib və Demokratik Dəyişikliklər Uğrunda Hərəkatın iddialarından danışıb.

XS
SM
MD
LG