Accessibility links

Naxçıvanda 2 jurnalist döyülüb


Azərbaycandan alınan xəbərdə deyilir ki, Naxçıvanda polislə kəndlilər arasında baş verən qarşıdurma haqda məlumat hazırlayan iki müstəqil jurnalist mülki paltar geymiş şəxslər tərəfindən döyülüblər. Xəbərdə deyilir ki, jurnalistlər Naxçıvanın Nehrəm kəndinə gedərək oradakı kəndlilərlə görüşmüş və onların şikayətlərini lentə yazmışlar. Jurnalistlərin kimlər tərəfindən - polis və ya hökumət agentləri tərəfindən döyüldükləri hələ aydın deyil.

XS
SM
MD
LG