Accessibility links

Barak Obama bu gün rəsmən partiyasının nominasiyasını qəbul edəcək


ABŞ prezidentliyinə Demokrat namizəd Barak Obama qurultayda diqqətlə izləniləcək bugünkü nitqində rəsmən partiyasının nominasiyasını qəbul edəcək. Koloradonun Denver şəhərində Obama minlərlə insana açıq stadionda müraciət edəcək. Partiyanın tanınmış xadimləri Əl Qor, Nyu Meksiko qubernatoru Bill Riçardson da izdiham qarşısında çıxış edəcəklər. Dünən qurultayda Obama və onun tərədaşı Co Bayden nominasiya olundu.

Sabiq ABŞ prezidenti Bill Klinton da dünən Baraka Obamya güclü dəstəyini ifadə etdi. O, Obamanın ABŞ-a rəhbərlik və Amerikanın dünyadakı lideri mövqeyini bərpa etməyə hazır olduğunu bəyan etdi.

Obama ABŞ-ın aparıcı partiyasından prezidentliyə ilk afrikalı-amerikalı namizəddir.

XS
SM
MD
LG