Pakistan rəsmilərinin bildirdiyinə görə,
bu gün qara kostyum geymiş yüzlərlə vəkil Pakistan şəhərlərində
yürüş keçirmişlər. Vəkillərin bəzilərinin əlində hökumətə və Asif Əli Zərdarinin başçılıq etdiyi Pakistan Xalqı
Partiyasına qarşı şüarlar var idi. Yürüş iştirakçıları cənab Zərdarini keçmiş
prezident Pərviz Müşərrəfin keçən ilin noyabr ayında vəzifələrindən azad etdiyi 60 hakimi işlərinə qaytarmamaqda ittiham
edirlər.
Bununla yanaşı bildirlir ki, ölkənin şimal-qərbindəki Bannu şəhəri yaxınlığında polis maşınını hədəf alan
bomba partlayışı azı 11 nəfərin ölümünə səbəb olub. Rəsmilər yaraqlıların
uzaqdan idarə edilən bombadan istifadə etdiklərini deyirlər. Ölənlərdən 9-nun
polis işçisi, 2 nəfərin isə dustaq olduğu xəbər verilir.