Accessibility links

Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar hazırlayır


Fransanın xarici işlər naziri Bernard Koçner bildirib ki, Avropa Birliyi Rusiyanın Gürcüstanın Cənubi Osetiya və Abxaziya ərazilərinin müstəqilliyini tanımasından sonra ona qarşı sanksiyalar tətbiq etməyi düşünür. Cənab Koçnerin açıqlaması Avropa Birliyi dəvlət başçılarını gələn həftə Parisdə keçiriləcək görüşü ərəfəsinə təsadüf edir. Fransa Avropa Birliyinə prezidentlik edən ölkə qismində bu ay Rusiya ilə Gürcüstan arasında münaqişənin həlli üçün müqavilə təklif edib. Bu arada isə Rusiya prezidenti Dimitri Medvedev Gürcüstanla böhranda ölkəsinin mövqeyini gücləndirmək üçün bu gün Tacikistanda Asiya Alyansı və Şanxay Birliyi ölkələrindən dəstək axtarır.

XS
SM
MD
LG