Accessibility links

Livanda hərbi vertolyot hücuma məruz qalıb


Livanın təhlükəsizlik rəsmiləri bildirirlər ki, bu gün ölkənin cənubunda hərbi vertolyota atılan atəş nəticəsində bir əsgər həlak olmuşdur. Rəsmilər vertolyotun təlim keçdiyini və hücuma məruz qaldıqdan sonra təcili olaraq Secud kəndində yerə enməli olduğunu deyirlər. Vertolyotun kimlər tərəfindən vurulduğu aydın olmasa da, hücumun Hezbullah yaraqlılarının nəzarəti altında olan ərazidə həyata keçirildiyi deyilir.

XS
SM
MD
LG