Accessibility links

Rusiyanın Ali Məhkəməsi rus zabitlərinin həbs cəzası qərarını qüvvədə saxlayıb


Rusiyanın Ali Məhkəməsi Daxili İşlər Nazirliyinin iki zabitinin 2003-cü ildə Çeçenistanda 3 mülki vətəndaşı qətlə yetirmək ittihamı ilə hərbi məhkəmənin həbs cəzası qərarını qüvvədə saxlayıb. Ali Məhkəmə bu gün Sergey Arakçeyevin və Yevgeniy Xudyakovun müraciətlərini rədd etmiş və Arakçeyevə 15, Xudyakova isə 17 il həbs cəzasını təsdiq edib. Qeyd edək ki, həmin şəxslər Çeçenistanın paytaxtı Qroznıda 3 tikinti işçisini qətlə yetirməkdə ittiham edilirlər.

XS
SM
MD
LG