Accessibility links

İranda 4000 sentrifuqa fəaliyyət göstərir


İranın yüksək səviyyəli rəsmisi deyir ki, ölkənin hazırda fəaliyyətdə olan 4 min nüvə sentrifuqası var. Xarici işlər nazirinin müavini Əli Rza Attar İran dövlət telekanalında bildirib ki, tezliklə ölkənin başlıca nüvə obyekti olan Natanzda daha 3 min sentrifuqa quraşdırılacaq. Sentrifuqalar İranın zəngin uran əldə etmək qabiliyyətini kifayət qədər yaxşılaşdırır. İran təkrarən bildirib ki, nüvə proqramının məqsədi elektrik hasilatıdır. Ancaq ABŞ da daxil olmaqla bütün tənqidçilər İranın nüvə silahı istehsal etməyə çalışmasından qorxurlar. Yüksək zənginləşdirilmiş uran nüvə silahının istehsalında istifadə oluna bilər. Beynəlxalq rəsmilər son dəfə İranın Natanz obyektində uran zənginləşdirən 3500 senrifuqanın fəaliyyət göstərdiyini bildirmişdi. Aprel ayında prezident Mahmud Əhmədinejad sentrifuqaların sayının 6 minə çatdırılacağını bəyan etmişdi.

XS
SM
MD
LG