Accessibility links

Rusiya NATO-nun onu ittiham etməyə mənəvi hüququ olmadığını deyir


Rusiya rəsmiləri NATO-nu və Qərbi Gürcüstanla bağlı münasibətlərinə görə kəskin tənqid edib. Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenko bu gün yaxın illərdə alyansı onun sözləri ilə desək, “dəfələrlə və açıq şəkildə” BMT-yə və beynəlxalq qanunlara məhəl qoymamaqda günahlandırıb. O, NATO-nun Rusiyanın siyasətini tənqid etməyə mənəvi hüququ olmadığını deyib.

Xatırladaq ki, dünən alyans Rusiyanı Gürcüstan əraziləri olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini qəbul etməsi qərarını tənqid etmişdi və Moskvanı təcili olaqraq qərarını dəyişməyə çağırmışdı. Rusiya diplomatları Böyük Yeddilərin bu qərarını “qərəzli” adlandırmış və Rusiyanın Gürcüstana təcavüz ittihamlarını qınamışlar.

Bu arada isə bildirilir ki, ən azı min adam Rusiyanın Gürcüstanın qərbindəki yoxlanış məntəqəsinin önünə toplaşaraq ölkədə xarici qüvvələrin mövcudluğuna etiraz edib.

XS
SM
MD
LG