Yüzlərlə əfqan 3
ailə üzvünün öldürülməsinə etiraz etmək üçün küçərələrə axışıb. ABŞ-ın başçılıq etdiyi koalisiya ailənin evinə
hücumda iştirakını təkzib edib. Şahidlərin sözlərinə görə, bir kişi və onun 2
oğlu koalisiya qoşunlarının keçirdiyi reydlər zamanı öldürülüb. Onlar habelə
deyib ki, əsgərlər 3 nəfəri özləri ilə aparıb. Bu arada Əfqanıstan prezidenti
ABŞ qüvvələrinə yaraqlıları hədəf alan hava hücumlarını dayandırması üçün
müraciət edib. Buna səbəb mülki vətəndaşların tələfatıdır. Həmid Karzai NATO və
ABŞ qüvvələrindən yaraqlılarla mübarizədə alternativ yollardan istifadə
etmələrini istəyib.