Accessibility links

Rusiya Avropa Birliyi ilə razılaşmır


Rusiya rəsmisi bu gün Avropa Birliyinin Gürcüstan konflikti üzündən Mockva ilə tərəfdaşlıq danışıqlarını dayandırmaq qərarını tənqid edib. Bazar ertəsi Avropa Birliyinin liderləri Brüsseldə elan ediblər ki, Rusiya Gürcüstandan qoşunlarını geri çəkməyənə qədər Moskva ilə danışıqlardan imtina edirlər. Rusiyanın Avropa Birliyindəki nümayəndəsi Vladimir Çijov İnterfax agentliyinə açıqlamasında bildirib ki, Avropa Birliyi qeyri-məqbul siyasi siqnal göndərir. Çijov bildirib ki, Rusiya qüvvələri artıq kifayət qədər gerı çəkiliblər. Avropa liderləri habelə Rusiyanın Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölğələrinin müstəqilliyinin tanımasını pisləyiblər. Bununla belə birlik Rusiyaya qarşı iqtisadi sanksiyaların qəbulunu qısa müddətə təxirə salıb.

XS
SM
MD
LG