Accessibility links

Viktor Yuşçenkonun partiyası ölkənin hakim koalisiyasını tərk edib


Ukrayna prezidenti Viktor Yuşçenkonun partiyası rəsmən ölkənin hakim koalisiyasını tərk edib. Partiyanın hələ də öz qərarını geri götürməsi üçün 10 günü var. Əgər bu baş verməzsə onda növbəti 30 gün ərzində prezident Yuşçenkonun yeni parlament seçkiləri çağırmaq hüququ var. Prezident dünən baş nazir Yuliya Timoşenkonun tərəfdarları müxalifətə qoşularaq prezidentin səlahiyyətlərini zəiflətməyə səs verdikdın sonra yeni seçkilər keçirəcəyi ilə bağlı xəbərdarlıq edib. Təhlilçilər deyirlər ki, siyasi manevrlər 2010-cu ildə keçiriləcək prezident seçkilərinə hesablanıb.

XS
SM
MD
LG