Accessibility links

Əfqanıstan prezidenti onlarla insanın qətlə yetirildiyi Əzizabad kəndində olub


Əfqanıstan prezidenti Həmid Karzai bu gün Birləşmiş Ştatlar hərbi hava qüvvələrinin əməliyyatları zamanı 90 nəfərdən çox adamın qətlə yetirildiyi Herat vilayətinin Əzizabad kəndinə gedib. Cənab Karzai ölənlərin ailə üzvlərinə baş sağlığı vermiş və mülki vətəndaşların qətlinə səbəb olan hərbi əməliyyatları qınamışdır.

Həm BMT, həm də Əfqanıstan hökuməti avqust ayının 22-də ABŞ qüvvələri tərəfindən həyata keçirilən hücum zamanı çoxu qadın və uşaq olmaqla onlarla insanın qətlə yetirildiyini bildirmişlər. Birləşmiş Ştatlarsa 5-7 arasında mülki vətəndaşın, Taliban komandiri Molla Sadiq də daxil edilməklə, 30-35 yaraqlının öldürüldüyünü deyir.

XS
SM
MD
LG