Accessibility links

ABŞ-ın müdafiə rəsmiləri gələn il İraqdan bir briqadanın çıxarılmasını təklif edirlər


Birləşmiş Şatlar rəsmiləri bildirirlər ki, prezident Buşun müdafiə məsələləri üzrə yüksək vəzifəli rəsmiləri gələn ilin fevral ayından başlayaraq İraqdan bir döyüş briqadasının çıxarmalı olduğunu demişlər. Rəsmilər həmçinin müdafiə nazirinin də gələn ilin əvvəllərində İraqdan çıxarılan briqadanın Əfqanıstana göndərilməsi təklifini etdiyini bildirmişlər. Hazırda Birləşmiş Ştatların İraqda 15 döyüş biqadası və 140 000-dən çox əsgəri var. Hər briqadada 3 000-dən 5 000-ə yaxın əsgər ximət göstərir. Əfqanıstanda isə təxminən 34 000 ABŞ əsgəri xidmət edir. Birləşmiş Ştatların Müdafiə Nazirliyi bildirib ki, müdafiə naziri Robert Gates və admiral Mike Mullen bu tövsiyələri prezident Buşa çərşənbə günü təqdim ediblər.

XS
SM
MD
LG