Accessibility links

Nikola Sarkozi ilə Dmitri Medvedyev razılaşdı


Rusiya Gürcüstanın separatçı regionu olan Cənubi Osetiya ərazisi ətrafındakı buffer zonadan qoşunlarını çıxarmağa razılıq verib. Rusiya prezidenti bunu fransız həmkarı Nikola Sarkozi ilə Moskvada təşkil olunan birgə mətbuat konfransında bəyan edib. Cənab Medvedyev deyib ki, geri çəkilmə beynəlxalq sülhməramlılar ərazidə olduğu müddətdə həyata keçiriləcək. Hər iki lider jurnalistlərə açıqlamasında Rusiya qüvvələrinin tam olaraq Gürcüstandan yaxın bir ay ərzində çıxacağını və oktyabrın 1-i regiona 200 Avropa müşahidəçisinin gələcəyini dilə gətirib.

Cənab Sarkozi habelə bildirib ki, Qara Dəniz liman şəhəri Potinin boşaldılması gələn həftəyə kimi baş tutacaq və Cənubi Osetiyanın təhlükəsizliyi barədə beynəlxalq danışıqlar oktyabrın 15-i Cenevrədə başlayacaq.

XS
SM
MD
LG