Accessibility links

Rusiya Gürcüstanın qərbindəki keşik postlarını sökməyə başlayıb


Rusiyanın hərbi qüvvələri Gürcüstanın qərbində bir sıra keşik postlarını sökməyə başlayıb. Jurnalistlər Qara Dəniz limanı Poti şəhərində əsgərlərin öz mövqelərini tərk etməsi haqda məlumat verirlər. Bu arada Rusiya xarici işlər naziri Serqey Lavrov Avropa Birliyini müşahidəçilərini Gürcüstanda yerləşdirilməsi barədə əldə olunan razılaşmanı təhrif etməkdə günahlandırıb. Lavrov bu gün təkidlə bildirib ki, bazar ertəsi imzalanan saziş sülhməramlıların Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya ərazilərində deyil, buffer zonada yerləşdirilməsini nəzərdə tutur. O, Tbilisidə səslənən bəyanatı rədd edib. Bəyanatda sazişin bütün Gürcüstan ərazisini əhatə etdiyi deyilib. Rusiya-Avropa Birliyi sazişinə əsasən Moskva öz qüvvələrini Gürcüstanın separatçı regionları ətrafındakı təhlükəsizlik zonasından çıxarmalı və Birliyin müşahidəçiləri orada yerləşdirilməlidir.

XS
SM
MD
LG