Accessibility links

Yaponiya baş nazirliyinə 5 namizəd var


Yaponiyanın 5 veteran siyasətçisi vəsifəsini tərk etməkdə olan baş nazir Yasuo Fukudanı əvəzləmək üçün adlarını rəsmən təqdim ediblər. Aralarına keçmiş xarici işlər naziri Taro Asonun da daxil olduğu bu 5 siyasətçi cənab Fukudanın partiya rəhbəri qismində varisi olmaq niyyətləri barədə bu gün Liberal Demokrat Partiyasını məlumatlandırıblar. Namizədliyini irəli sürmüş digər şəxslər Yaponiyanın ilk qadın baş naziri olmağı arzu edən Nobutera İşiara, Şigeru İşiba, Kaoru Yosano və Yuriko Koykedirlər. Hazırda Liberal Demokrat Partiyasının baş katibi olan Aso partiyanın sentyabrın 22-də keçiriləcək səsverməsində əsas favorit hesab olunur.

XS
SM
MD
LG