Rusiya
rəsmilərinin sözlərinə görə, Ural dağlarında qəzaya uğrayaraq 88 nəfərin
həyatına son qoyan “Aeroflot”-a
məxsus təyyarəsinin qara qutusu aşkar edilib. Onlar ümid edir ki, uçuşun
göstəriciləri “Boeing 737”-nin qəzaya uğramasının səbəblərini anlamağa yardım
edəcək. Moskvadan Perm şəhərinə gedən təyyarənin içərisində olan 82 sərnişin və
6 ekipaj üzvünün hamısı həlak olub. Ölənlər arasında 8
azərbaycanlı da var. Onlardan 7-si Azərbaycan, 1-i isə Rusiya vətəndaşıdır.
Rəsmilərin sözlərinə görə, qəzaya uğramış laynerin qırıntıları Trans Sibir
dəmir yolunun üzərinə düşdüyündən Perm-Yekaternburq qatar reysləri müvəqqəti
təxirə salınıb. Təyyarənin enməzdən qısa bir müddət əvvəl qəzaya uğradığını
dilə gətirən rəsmilər deyiblər ki, hadisənin terror aktı olmasına heç bir işarə
yoxdur. “Aeroflot” şirkəti hadisənin hər bir qurbanının ailəsinə 80 min
dollarlıq kompensasiya təklif edib.