Rusiyanın Gürcüstana hərbi
müdaxiləsi həm regional həm də qlobal miqyasda geniş əks səda verməkdədir. Son hadisələrin gözlənilməz təsirlərindən
biri də Türkiyə-Ermənistan münasibətlərində hiss edilir.
Los Angeles Times qəzetində məqalə ilə çıxış edən tarixçi Hyu Poup Türkiyə prezidenti Abdullah Gülün Ermənistana tarixi səfərini regionda sülhə doğru bir addım kimi dəyərləndirir. Bu, Türk dövlət başçısının Ermənistana ilk səfəri idi. Güllə-keçirməyən şüşələr arxasında futbol matçını izləyən dövlət başçıları ölkələr arasında ötən əsrin əvvəlinə gedən ixtilafın dəfn edilməsi yönümündə səy göstərirdilər. NATO üzvlüyü ilə Rusiyadan enerji asılılığı arasında ilişib qalmış Türkiyə Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycanı regional çərçivədə bir araya gətirməyə çalışır. Təbii ki, Poupun yazdığına görə, bu, asan olmayacaq. Erməni tərəfi iddai edir ki, 1915-ci ildə Osmanlı İmperiyası soyqırım törədərək 1.5 milyon erməninin həyatına son qoyub. 1923-cü ildə cümhuriyyət olmuş Türkiyə etiraf edir ki, həmin illərdə yüz minlərlə günahsız insan qətliyamlar, aclıq və deportasiya qurbanları olub. Amma Ankara bunun qəsdən genosid siyasəti formasında həyata keçirildiyini inkar edir. Eləcə də onlarla Türk diplomatı ötən illər ərzində erməni terrorçularının hədəfinə çevrilmişdir. Türkiyə Ermənistanın müttəfiqi Azərbaycanla münaqişəsində sonuncunun tərəfində dayanır və Ermənistanı işğalçı dövlət kimi tanıyır.
Poupun yazdığına görə son bir neçə ildə Türk diplomatları gizlincə erməni həmkarları ilə görüşmüş və barışığa gedən yolun əsasını qoymağa çalışmışlar. Apreldə erməni xalqı barışığa tərəfdar olan Serj Sarkisiyanı özünə prezident seçdi. Məhz o vaxtdan bəri Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə istiləşmə hiss olunur. Belə ki, cənab Gülün Yerevana getmək qərarı Türk mediasında əsasən müsbət qarşılanıb. Rəyi soruşulan Türklərin 3-də 2-si də səfəri müsbət dəyərləndirib. Bu istiləşməyə yardımçı olan başqa böyük faktor isə Rusiyann son davranışı və Ermənistanın gələcək perspektivlərinin qaranlıq hal almasıdır. Türkiyə və Azərbnaycanla olan ixtilaf Ermənistanı getdikcə daha avtokratik meyllər nümayiş etdirən Rusiya, cənubda isə qeyri-sabit İran İslam Respublikasından asılı edib. Erməni liderlər ümid edirlər ki, regional münasibətlərədə yeni səhifə açmaqla öz dövlətlərinin müstəqilliyinə və firavanlığına yardım etmiş olarlar.
Bu arada Washinqton Times qəzeti Rusiyanın Gürcüstan müdaxiləsinin bu ölkəyə baha başa gəldiyini yazır. Avqustun 8-də rus birjalarında başlanan tənəzzül bu günlərdə pik nöqtəsinə çatıb. Təbii qaz nəhəngi olan Qazpromun səhmləri Maydan bəri dəyərini 46 faiz itirib. Rus rublunun məzənnəsi isə dollar və avroya nisbətdə sürətlə enməkdədir. Ötən ay ərzində Rusiyanı 15-20 milyard dollar civarında kapitalın tərk etdiyi güman edilir. Rusiya üzrə iqtisadi mütəxəssislər deyirlər ki, bu ölkənin bank sistemi kifayət qədər güclü deyil və qeyri-sabitliyin işartıları investorları ölkədən yatırımları çəkməyə sövq edir ki, bunun da rus iqtisadiyyatına təsirləri başqa ölkələrdəkindən daha kəskin olacaq.