İsrailin xarici işlər naziri Tzipi
Livni 43% səs toplayaraq, 42% əldə edən nəqliyyat naziri Şaul Mofaza qalib
gələrək, Kadima partiyasına liderliyi əldə edə bilib. Qeyd edək ki, xanım Livni 30 ildən çox bir müddətdə İsraildə ilk qadın baş naziri olmaq şansı
qazandı. Bu gün etdiyi çıxışında xanım Livni tez bir zamanda yeni koalisiya
hökuməti yaradacağına söz verdi.
Tzipi Livni İsrailin baş naziri Ehud
Olmertlə bağlı korrupsiya qalmaqalından sonra onun başçılıq etdiyi partiyaya
lider seçildi. Cənab Olmertin isə ona qarşı irəli sürülən korrupsiya
ittihamlarına görə mübarizə aparmaq fikri var. Ehud Olmert eləcə də, xanım
Livni yeni koalisiya hökuməti quracağı müddətdə baş nazir vəzifəsini icra
edəcək.