Accessibility links

Şimali Koreya nüvə obyektinin bərpasına başlayır


Şimali Koreya ABŞ-ın terrorist siyahisindan çıxmaq istəmədini bildrərək, fəaliyyətdən salınmış nüvə silahları obyektinin bərpası işlərinə başlayıb. Bu barədə açıqlamanı Şimali Koreyanın diplomatı Hyun Hak Bong sərhəd Panyunyom kəndində müxbirlərlə görüşü zamanı bildirib. Pxenyan Yongbyon nüvə reaktorunu altıtərəfli razılığa əsasən sıradan çıxarmalı idi. Avqust ayında isə ABŞ hökumətinin Şimali Koreyanın terroizmi dəstəkləyən ölkələr siyahısından çıxarılmayacağı qərarından sonra obyektin Pxenyan bərpasına başlayıb. Şimali Koreya Vaşiqntonu razılıqda yer almayan təktərəfli şərtlər irəli sürməkdə günahlandırır.

XS
SM
MD
LG