Accessibility links

ABŞ-da “Emmi” mükafatlarının təqdimatı mərasimi keçirilib


Los Ancelesdə Amerika televiziyasının ən yüksək mükafatı olan “Emmi” mükfatlarının təqdimatı mərasimi keçirilib. “Məd Men” tele-filmi və “30 Rok” komediyası ən yüksək mükafatlara layiq görülüb. Kabel televiziyasında yayımlanan teleserial olan “Mad Men” 1960-cı illərdə Nyu Yorkun reklam şirkətinə həsr edilib. “30 Rok” komediyasında çəkilmiş Tina Fey və Alek Boldvin həm də komediya janrında ən yaxşı qadın və kişi rolunun ifaçısı kateqoriyasında ən yüksək mükafatı alıblar. Televiziyada ən yaxşı mini serial janrında mükafata Birləşmiş Ştatların ikinci prezidenti Con Adamsa həsr olunmuş “John Adams” filmi layiq görülüb. Yeddi hissədən ibarət bu tarixi mövzuda tele-serial rekord 13 Emmi mükafatı alıb. Bu ilkin Emmi mükafatlarının təqdimatı mərasimi 60-cı, yubiley mərasimi olub.








XS
SM
MD
LG