Accessibility links

Korrupsiya üzrə qlobal indeks açıqlandı


Beynəlxalq monitorinq qrupu deyir ki, dünya boyu rüşvət və qohumbazlıq yoxsulluğa qarşı mübarizəni əngəlləyir. Bu gün açıqladığı hesabatda Berlində qərargahlanan Transparency International bildirir ki, nəzarətdə olmayan korrusiya içməli su və sanitariya xərclərini 50 milyard dollar artıra bilər. Təşkilatın sədri Huquet Label deyir ki, korrupsiyanın miqyası onu humanitar fəlakətə çevirib. Transparanecy International dünyanın ən çox və ən az korruspiyaya uğramış ölkələrinin siyahısını açıqlayıb. Ən korrupsioner dövlətlər sırasına Somali rəhbərlik edir. Ondan sonra ikinci yeri Birma və İraq bölüşür. Dünyanın ən korrupsioner ölkələrinin sırasında Azərbaycan da yer alıb. Belə ki, 180 yerlik indeksdə Azərbaycan 158-ci yeri Anqola, Qambiya və Konqo Respublikası ilə bölüşür. Azərbaycanın qonşuları sırasında ötən illə müqayisədə Türkiyə və Gürcüstan ciddi irəliləyişə nail olublar. Türkiyə bu indeksdə 58, Gürcüstan isə 67-ci yeri tutur. Danimarka, İsveç və Yeni Zelandiya dünyanın ən yüksək göstəricilərinə malikdir.
XS
SM
MD
LG