Accessibility links

Baş Assambleyada ən uzun və ən qısa müddətdə hakimiyyətdə olan liderlər çıxış edib


Dünyada ən uzun və ən qısa müddətdə hakimiyyətdə olan liderlər bu gün BMT Baş Assambleyasında çıxış ediblər. Zimbabve prezidenti Robert Muqabe və Pakistanın yeni prezidenti Asif Əli Zərdari Nyu Yorkda keçirilən törəndə öz baxışlarını məclis iştirakçıları ilə bölüşüblər.

Prezident Muqabe 1980-ci ildən bəri Zimbabveni dəmir əllə idarə edib. Bu yaxınlarda o, qalmaqallı seçkilərin ardındca hakimiyyəti müxalifət lideri ilə bölüşməyə razı oldu. Pakistan prezidenti isə bu ayın əvvəlində vəzifəsinin icarsına başlayıb. Cənab Zərdari ölkəsində zorakı militant hərəkatı ilə üzləşir.

XS
SM
MD
LG