Accessibility links

Pakistan Əfqanıstanla sərhəddə minə yaxın yaraqlının öldürüldüyünü deyir


Pakistan rəsmiləri son bir ayda Əfqanıstanla sərhəddə keçirilən hərbi əməliyyatlar zamanı minə yaxın yaraqlının öldürüldüyünü bildirirlər. General-mayor Tariq Xan bu gün müxbirlərə bildirib ki, ölənlər arasında 5 lider və xarici yaraqlılar da olub. Cənab Xan avqust ayından bəri Əl-Qaidə və Taliban yaraqlılarına qarşı Bajaur regionunda aparılan əməliyyatlar zamanı 60-dən çox hərbçinin də öldürüldüyünü bildirib.

Ölkənin Pəncab vilayətində qatarda həyata keçirilən bomba partlayışı azı 6 nəfərin ölümünə, 15 nəfərin yaralamasına səbəb olub. Hücümün məsuliyyətini hələ ki, öz üzərinə götürən olmayıb. Bundan əvvəl Kəraçidə polisin keçirdiyi reyd zamanı üç intiharçı özünü partladıb.

XS
SM
MD
LG