Accessibility links

Prezident Buş bu gün Həmid Karzai ilə görüşəcək


Birləşmiş Ştatlar prezidenti Corc Buş bu gün Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşəcək. Ağ Evdə keçiriləcək görüş zamanı əsasən diqqət mərkəzində Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələrinin Əl-Qaidə və Taliban yaraqlılarına qarşı mübarizəsi olacaq. ABŞ rəsmiləri Buş administrasiyasının Əfqanıstandakı hərbi strategiyasını bir daha nəzərdən keçirəcəyini deyirlər. Bu ayın əvvəlində prezident Buş İraqdan çıxarılacaq hərbi qüvvələrin Əfqanıstana göndəriləcəyini bəyan etmişdi.

XS
SM
MD
LG