Accessibility links

Təbrizdə daha bir jurnalist barədə həbs qərarı


Təbrizin İslam İnqilabı Məhkəməsi azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Şahnaz Qulami barədə 6 ay həbs qərarı çıxarıb. O, Azərbaycanında baş verən hadisələrdən yazılarına görə təqsirli bilinir. Bu barədə "Gooya News" məlumat yayıb. "İrwomen" və "Əmir Kəbir" kimi başqa mənbələr də xəbəri təsdiqləyərək, daha öncə keçirilən məhkəmə iclasında jurnalistin ona qarşı irəli sürülən ittihamları təkzib etdiyini bildirirlər. Məhkəmə jurnalistin yazdığı bir sıra məqalələrın "ölkənin milli təhlükəsizliyinə" zərbə vurduğunu bildirir. Problemlərə səbəb olan yazılar arasında o cümlədən, son zamanlar bəzi hərəkatçıların şübhəlı ölüm halları və qadınlara qarşı ayrıseçgiliklərlə bağlı məqalələrin olduğu vurğulanır.
Jurnalistin vəkili Məhəmmədəli Dadxah müvəkkilinə qarşı irəli sürülmüş ittihamları əsassız adlandırıb.
Şəhnaz Qulami, "Qadın Jurnalistlər Birliyi"nin üzvü və "Azer women" web səhifəsinin baş yazarıdır. O, siyasi fəaliyyətlərinə görə 1989-1994-cü illər arasında 5 il həbs cəzası çəkib. 2006-cı ildə "İran" qəzetinin azərbaycanlıları təhqir edən karikaturasına qarşı Təbriz, Urmiya, Marağa, Sulduz, Ərdəbil, Zəncan və başqa Azərbaycan şəhərlərində keçirilən kütləvi etirazlar zamanı Şəhnaz Qulami də həbs olunaraq bir ay sonra zaminə buraxılmışdı.

XS
SM
MD
LG