Accessibility links

İraqın prezident şurası vilayət seçki qanununu təsdiq etdi


İraqın prezident şurası bu gün çoxdan bəri təxirə salınan mübahisəli vilayət seçki qanununu nəhayət təsdiq edib. Keçirilməsi gələn ilin əvvəlində nəzərdə tutulan seçki qanunu prezident Cəlal Talabani də daxil edilməklə, üç nümayəndə tərəfindən təsdiq olunub. Birləşmiş Ştatlar ölkədə demokratiyaya və dəyişikliklərə gətirib çıxaracaq bu qanun layihəsinin tezliklə təsdiqinə çağırırdı. Parlament bu layihəni Kərkük məsələsi barədə razılıq əldə edilmədən, hələ keçən ay təsdiq etmişdi. Qanunvericilər mübahisəli Kərkük məsələsini ayrıca, seçkilərdən sonra müzakirə etmək barədə razılığa gəliblər.

XS
SM
MD
LG