Accessibility links

Tehran beynəlxalq təzyiqlərə cavab verməyə hazırlaşır


İran rəsmilərinin bildirdiyinə görə, Tehran uran zənginləşdirilməsinə göstərilən beynəlxalq təzyiqlərə cavab verməyə hazırlaşır. Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Xaviyer Solanaya bununla bağlı məktub çatdırılmalıdır. Fransanın xəbər agentliyi İran rəsmilərinə istinadən bildirir ki, onlar müzakirələrə münasibətin danışıqlara ziyan vurduğundan narahatdırlar. Məktub Rusiya, Çin, ABŞ, Fransa, Britaniya və Almaniyanın xarici işlər nazirlərinə də təqdim ediləcək. Bu gün Röyter xəbər agentliyi NATO-nun baş katibi Yap De Hup Sxefferə istinadən bildirib ki, o, BMT-nin Təhlükəsizlik Şurasının gələcək sanksiyalarının baş tutmayacağından narahatdır.

XS
SM
MD
LG