İrandakı mənbələrin verdiyi məlumata görə, “Evin” habsxanasında saxlanılan azərbaycanlı
fəallardan 4 nəfəri müvəqqəti olaraq azadlığa buraxılıb. “Öyrenci”, “Savalan
Səsi” və “Azad Təbriz” kimi mənbələr vəsiqə ilə zaminə buraxılan fəalların Əkbər Azad, Abbas Nəimi,
Səyyad Məhəmmədiyan və Hüseyn Heydəri olduğunu bildirir.
Bununla yanaşı həmin mənbələr hələ də Ettelaatın “Evin” həbsxanasının təcridxanasında saxlanılan 5 fəal - Həsən Raşidi, Əlirza Sərrafi,
Səid Muğamlı, Mehdi Nəimi və Həsən Rəhimi barədə məlumatsızlığın ciddi
narahatlığa səbəb olduğunu bəyan edirlər.
Qeyd edək ki,
1 ay öncə Tehranın Ettelaat İdarəsi Tehranda İftar məclisində toplaşan
20-dək azərbaycanlı yazar, jurnalist və hüquq mudafiəçisini həbs edərək “Evin”
həbsxanasına köçürmüşdü.