Accessibility links

Kürd yaraqlılarının mövqeləri hədəf alınıb


Türkiyə ordusu bildirir ki, qırıcı təyyarələr və artileriya İraqın şimalında kürd yaraqlılarının onlarla bazasını bombalayıb. Ordunun açıqladığı bəyanatda deyilir ki, dünən İraqın Harkurk regionunda keçirilən uğurlu əməliyyatlar zamanı PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasının 31 mövqeyinə zərbə endirilib. PKK sözçüsü hücumlar zamanı yaraqlıların itki vermədiyini açıqlayıb. Yaraqlıların türk əsgərlərə qarşı son hücumundan sonra Türkiyə rəsmiləri kürd üsyançılara qarşı yeni həmlələr barədə xəbərdarlıq etmişdi. Keçən həftə kürd yaraqlılarının Türkiyənin cənub-şərqində həyata keçirdiyi hücumu zamanı 17 türk əsgərləri həlak olmuşdu. 7 nəfər isə bu həftənin cümə günü polis maşınına hücum zamanı dünyasını dəyişib.

XS
SM
MD
LG