Accessibility links

ABŞ prezidentliyinə namizədlər iqtisadi problemləri həll edəcəklərinə söz verir


ABŞ prezidentliyinə respublikaçı namizəd Con Makkeyn Birləşmiş Ştatlar iqtisadiyyatını liderlik səviyyəsinə qaytaracağına söz verib. Senator Makkeyn bu gün Virciniya ştatında seçicilərlə görüş zamanı deyib ki, ölkənin növbəti prezidenti iqtisadi problemlərin həlli üçün dərhal fəaliyyətə keçməlidir.

Demokrat partiyasından prezidentliyə namizəd Barak Obama amerikalılara iqtisadi böhrandan yardım planını açıqlayacağını elan edib. Senator Obamanın kampaniyası onun orta sinif amerikalılar üçün nəzərdə tutulmuş planı bu gün seçkilərin taleyini həll edəcək ştatlardan biri olan Ohayoda açıqlayacağını bildirir. Seçkilərə üç həftə qalmış kampaniyanın əsas mövzusu ABŞ iqtisadiyyatının durumudur.

Bu arada, yeni açıqlanmış iki sorğuya görə, ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama respublikaçı namizəd Con Makkeyndən altı xal irəlidə gedir. Bu rəy sorğuları Obamanın irəlidə olduğunu göstərən digər sorğularların nəticələrilə üst-üstə düşür.

Con Makkeyn dünən Virciniya ştatında seçicilərlə görüşündə növbəti debat zamanı Obamanı arxada qoyacağına söz verib. Barak Obama kampaniyanı Ohayo ştatında davam etdirərək, qapı-qapı gəzib seçicilərin iqtisadi durumla bağlı fikirlərilə tanış olub


XS
SM
MD
LG