Accessibility links

ABŞ özəl banklara 250 milyard dollar ayırır


ABŞ hökuməti özəl banklarda 250 milyard dollar həcmində səhmlər alır və böhranla üzləşən maliyyə sektorunun xilası üçün borclara və kreditlərə əlavə təminatlar verir. Bu gün Ağ Evdə danışan ABŞ prezidenti Corc Buş deyir ki, plan sistemdəki etimadı bərpa edəcək və bankları yenidən kredit verməyə ruhlandıracaq. İqtisadçılar deyir ki, donmuş kredit bazarı qlobal iqtisadiyyatı tənəzzülə sürükləyə bilər. Cənab Buşun sözlərinə görə, hökumətin müdaxiləsi özəl banklara sahib olmaq yox, onları dəstəkləmək məqsədi daşıyır Avropanın başqa dövlətləri də buna bənzər addımlar atıblar. Bu gün Asiya və Avropa bazarları Vaşinqtonun addımlarına reaksiya verərək artım qeydə alıblar.

XS
SM
MD
LG