Accessibility links

Səhm birjalarında aşağı göstəricilər qeydə alınıb


Asiya və Avropanın əsas səhm birjalarında bu gün aşağı göstəricilər qeydə alınıb. Tokionun Nikkey indeksi bir faiz qalxıb, Hong Konqun Hang Seng indeksi isə 5 faiz dəyər itirib. Seulun Kospi birjası iki faizi eniş, Avropanın əsas bazarları isə iki faiz dəyər itirməklə işini başa çatdırıb. İqtisadçıların fikrincə kredit marketlərinədəki tənəzzül iqtisadiyyatın tənəzzülünə yol aça bilər. ABŞ-ın Wall Street birjasında alqı-satqı aşağı göstəricilərlə həyata keçirilib. ABŞ-ın Mərkəzi Bankının San-Fransiskodakı filialının rəhbəri Amerika iqtisadiyyatının artıq tənəzzülə uğradığını deyir.

XS
SM
MD
LG