Accessibility links

Azərbaycan seçkiləri ABŞ mətbuatında


Ötən prezident seçkilərindən fərqli olaraq bu il Azərbaycanda keçirilən prezident seçkiləri Qərb mətbuatında bir o qədər geniş işıqlandırılmayıb.
Bir çox ekspertlərin sönük dəyərləndirdiyi səsverməyə Washington Post-da, New York Times qəzetlərinin bugünkü sayında yer ayrılıb. Post hazırkı prezident İlham Əliyevin seçkiləri asanlıqla udduğunu vurğulayır. Qəzetin yazdığına görə İlham Əliyevlə üzləşən 6 opponentin heç biri ona ciddi rəqib hesab olunmurdu. Bu rəqiblərin bir çoxu artiq erkən nəticələr daxil olmağa başlayırkən prezidenti təbrik etməyə başladılar. Namizədlərdən biri, İqbal Ağazadə səsvermənin hökumətlə müxalifət münasibətlərində yeni səhifə açdığını bildirdi. Eyni zamanda ölkənin aparıcı müxalifət partiyalarının seçkiləri baykot etdiyi bildirilir. Müsavat partiyasının başqanı İsa Qəmbərə istinad edən Post səsvermənin beynəlxalq standardlara uyğun gəlmədyini yazır.International Herald Tribune qəzeti ATƏT-in seçkiləri tənqid etməsini önə çəkir. Yazıda seçkilərdə 440 müşahidəçi ilə təmsil olunan ATƏT-in mətbuat konfransına yer verilir. Müşahidəçilər misiyasının rəhbəri Boris Frlets əhəmiyyətli irəliləyişin olduğunu, eyni zamanda bütün öhdəliklərin yerinı yetirilmədiyini bəyan edib. Monitorların mövqeyi budur ki, seçkilərdə rəqabət və canlı siyasi debat cərəyan etməyib, və bu səsvermə demokratik seçkilərin mənalı və pluralist prinsiplərini əks etdirmir. Səsvermə ilə bağlı ictimai əhval ruhiyyəyə gəlirkən New York Times qəzetində əksər sakinlərin seçkilərlə maraqlanmadığı qeyd olunur. Yazıda bildirilir ki, son 3 il ərzində baş verən iqtisadi inkişaf nəticəsində Azərbaycanın dövlət büdcəsi 12 dəfə artmış və iqtisadiyyatın həcmi 4 dəfə genişlənmişdir. Dünyanın zəlzələdən və başqa təbii fəlakətlərdən əzab çəkən bir sıra regionları ilə müqayisədə Azərbaycan sabit görünür. Və bəzi insanlar hiss edilən sabitliyi mücərrəd demokratiyadan üstün tuturlar. Yazı müəllifi ölkə paytaxtında iri tikinti işlərinin getdiyini yazır. Onun fikrincə Azərbaycanın hekayəsi Sovet istibdadından qurtulmuş başqa ölkələrin hekayələrinə oxşardır. Sovet İttifaqı dağılanda bir çoxları azadlığa və demokratik ideallara ümidlə baxırdılar. Lakin həmin vaxtdan 17 il ötmüş, bir çoxlarının demokratiyaya münasibəti sinik xarakter alıb. Bakı küçələrində rəy sorğusu keçirən müxbirin dediyinə görə fikri soruşulanların böyük əksəriyyəti seçkilərdə İlham Əliyevin rəqiblərinin adlarını bilmirdilər.

XS
SM
MD
LG