Accessibility links

Oğurlanmış Çin mühəndisi azad olunub


Pakistan ordusunun bildirdiyinə görə, avqust ayında girov götürülən Çin mühəndisi sərbəst buraxılıb. Mühəndis Talibanın əsir götürdüyü iki nəfərdən biri olub. Avqust ayının 29-da Çinin telekommunikasiya mühəndisi Pakistanın şimal-qərb ərazisində, Əfqanıstan sərhədi yaxınlığında oğurlanmışdı. Çin hökuməti Pakistanı əsirləri xilas etməyə çağırırdı. Bu həftənin əvvəli Pakistan televiyası ölkənin Pəncab vilayətində Taliban yaraqlılarının polşalı mühəndisi oğurladığını göstərən videoya malik olduğunu açıqlamışdı. Hadisə zamanı 3 pakistanlı da həlak olub. Keçən ay silahlılar Əfqanıstanın Pakistandakı ali diplomatı oğurlanmış və Peşəvər şəhərində baş verən hücum zamanı onun sürücüsü öldürülmüşdü.
XS
SM
MD
LG