Accessibility links

Çin Pakistana iki atom elektrik stansiyanın inşasına  yardım edəcək


Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi bildirib ki, Çin Pakistana iki atom elektrik stansiyanın inşasına yardım etməyə razılıq verib. Nazir İslamabadda keçirdiyi mətbuat konfransda deyib ki, razılıq bu ölkələrin nüvə sahəsində əməkdaşlığına dair əldə edilən müqavilənin bir hissəsidir. Pakistan bu yolla 680 meqavat əlavə elektrik əldə edəcək. Cənab Qureyşi bildirib ki, müqavilə 4 günlük səfərlə Çində olan prezident Asif Əli Zərdari və onun çinli həmkarı Hu Jintao tərəfindən imzalanıb.Pakistan prezident çinli həmkarı ilə iqtisadi, ticarət və kənd təsərrüfatı sahələrini əhatə edən 10-dan artıq müqavilə əldə edib.

XS
SM
MD
LG