Accessibility links

İraq kabineti ABŞ qüvvələrinin İraqdakı mövcudluğunu müzakirə edib


İraq kabineti bu gün bir araya gələrək ABŞ qüvvələrinin 2008-ci ildən sonra İraqdakı mövcudiyyətini müzakirə edib. Kabinet rəsmiləri qərara gəliblər ki, razılığın İraq ictimaiyyəti tərəfindən qəbul edilməsi üçün müəyyən düzəlişlərə ehtiyac var. Təklif olunan razılıq ABŞ qüvvələrinə Iraqda əlavə 3 il qalmağa icazə verəcək. Saziş habelə İraq hökumətinə Amerika əsgərlərinin bazadan kənar törətdiyi cinayətlərə görə məhdud mühakimə etmək səlahiyyəti verir.

İraqın xarici işlər naziri Hoşyar Zebari Əl-Ərəbiyyə telekanalına müsahibəsində bildirib ki, İraq parlamenti güman ki, noyabrın 4-ü ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl məsələni həll etməyəcək. Vaşinqtonla Bağdad artıq bir neçə aydır ki, ABŞ qoşunlarının İraqdakı statusunu müzakirə edir.

XS
SM
MD
LG