Accessibility links

Zimbabve müxalifətinin lideri hədələnir


Zimbabve müharibə veteranları qrupunun rəhbəri müxalifət lideri Morqan Çangirayı ona qarşı ölçü götürməklə hədələyib. Bu gün dövlət mediasında nəşr edilən şərhdə Cabulandi Sibanda deyib ki, əgər Çangiray indiki davranışını davam etdirsə, onda, Sibandanın sözlərinə görə, “millət özünün müdafiə etmək üçün tədbirlər görəcək.” Zimbabve Milli Müharibə Veteranları Assossiasiyası Prezident Robert Muqabenin güclü tərəfdarıdır. Keçmişdə bu təşkilatın üzvləri müxalifət tərəfdarlarına hücum etmiş və ağ fermerlərin torpağlarını zəbt etmişlər. Hakim ZANU-PF partiyası və müxalif Demokratik Dəyişiklik Uğrunda Hərəkat hakimiyyət bölgüsü haqda saziş imzalamaqlarına baxmayaraq aparıcı nazirliklərə kimin nəzarət etməsi haqda razılığa gələ bilməyiblər.
XS
SM
MD
LG