Accessibility links

Mahmud Əhmədinejad: "İraqda təhlükəsizliyi iraqlıların özləri qorumalıdır"


Iran prezidenti Mahmud Əhmədinejad bildirib ki, iraqlılar öz təhlükəsizliyini özləri təmin etməlidir. İran lideri Amerika əsgərlərinin İraqda daha üç il qalmasına imkan verən ABŞ və İraq arasında razılığa etraz edib. İranın dövlətə məxsus mətbuatı İran prezidentinin İraqın yarı-muxtar kürd regionunun prezidenti Məsud Barzaninin Tehrana səfəri zamanı açıqlamalarını dərc edib. ABŞ və İraq arasında paktı dəstəkləyən Barzani sənədə dəstək qazanmaq məqsədilə İrandadır. İran pakta etiraz edərək, bunun İraqın suverenliyinə xələl gətirdiyini deyir.

XS
SM
MD
LG