Accessibility links

ABŞ-ın aparıcı qəzetləri namizədlərə dəstək verir


ABŞ-ın əsas qəzetlərindən biri “New York Times” ABŞ prezidentliyinə demokrat namizəd Barak Obamaya dəstək verdiyini elan edib. Qəzetin baş məqaləsində deyilir ki, Obama ölkəni idarə etmək və prezident Corc Buşun uğursuz siyasətinin vurduğu ziyanları aradan qaldırmaq qabiliyyətinə malikdir.Baş məqalədə İllinois senatorunun ölkə problemlərinin həllində əhatəli konsensus əldə edə biləcəyinə inanıldığı deyilir. “New York Times” eyni zamanda respublikaçı namizəd Con Makkeynin siyasətini və onun Alyaska qubernatoru Sara Peylini vitse-prezidentliyə namizəd göstərməsini tənqid edərək, bu seçimi opportunizm kimi qiymətləndir. “Washington Post” və “Los Anjeles Times” qəzetləri də Barak Obamaya dəstək veriblər. “Detroit News” isə dəstəyini Makkeynə verərək, onun ölkəni idarə etməyə ən layiqli şəxs olduğunu bildirib. Qəzet veteran senatorun təcrübəli, ləyaqətli və müstəqil lider olduğunu sübut etdiyi yazır.

XS
SM
MD
LG